Hindistanda yerlilərin qeyd etdiyi Duşera bayramında meydana gələn izdiham ölümlə nəticələnib.
Hadisə Dehlinin 1 000 km şərqində yerləşən Bihar əyalətinin paytaxtı Patnada baş verib.
İzdihamın, hindu krallarından olan Ravananın şəkillərinin yandırılmasından sonra baş verdiyi bildirilir.
İzdiham nəticəsində 32 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Patna universiteti tibb fakultəsi xəstəxanasına çatdırılıb.
Duşera hindistanlıların qeyd etdiyi ən əhəmiyyətli bayramlardan biridir.
Qeyd edək ki, bu il Hindistanda qeyd edilən müxtəlif bayramlarda meydana gələn izdihamlarda 160 nəfərdən çox ölən olub./anspress/