Yunanıstan hərbçiləri Meriç çayında hərəkət edən Türkiyə xüsusi təyinatlı polislərinin olduğu qayığa odlu silahlardan atəş açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumatda hadisənin Türkiyə-Yunanıstan sərhədlərində patrul xidməti zamanı baş verdiyi bildirilib.
Türk polislərinin hava xəbərdarlıq atəşi açmasından sonra yunan hərbçilər atəşi dayandırıb.