5 İyun 2020 11:50
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Milli Müdafiə naziri Nikos Panayotopoulos ölkəsinin “suveren hüquqlarının müdafiəsi üçün” Türkiyəyə qarşı hərbi əməliyyatlara hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Yunanıstan Milli Müdafiə Nazirliyi son dövrlərdə “türk təxribatlarının” sayının artdığını qeydə alır.

“Mən hesab edirəm ki, Yunanıstanın ümumiyyətlə təcavüz tendensiyası olan bu cür davranışların öhdəsindən gəlməsinin yeganə yolu bir tərəfdən bütün diplomatik silahlarından istifadə etməsi, digər tərəfdən müdafiə qüdrətinin artırılmasıdır”, – deyə o bildirib.

Bununla belə o, Yunanıstanın Türkiyə ilə hərbi qarşıdurmaya hazır olduğunu vurğulayıb.

“Bəli, bu, məhz belədir!”, – deyə nazir jurnalistlərin müvafiq sualına cavab olaraq deyib.

Qeyd edək ki, mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə sərhəddəki yunan hərbçilərini nasistlərlə müqayisə etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər