Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyan Baş nazir Nikol Paşinyanı anti-epidemioloji qayda və normaları pozan vətəndaşların fotolarını öz Feysbuk səhifəsində yerləşdirməyi dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, general Paşinyanı dövləti ələ salmaqda ittiham edib.
“Fotoqrafiya kampaniyası son dərəcə aşağı səviyyədədir. Dövləti lağa qoymaq günahdır. Bunu etmə, etmə”, - Vanetsyan bildirib.