5 İyun 2020 17:38
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel Liviya hökumətinin başçısı Fəyaz Sərraca zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə alman hökumətinin sözçüsü Şteffen Şaybert açıqlama verib.

Görüşdə Liviyadakı son vəziyyət müzakirə olunub. Merkel müharibə tərəflərinin yenidən dialoqa getməyə razılıq verməsindən məmnunluğunu Liviya başçısının diqqətinə çatdırıb.

Fəyaz Sərrac dünən Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər