6 İyun 2020 11:42
3 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqların Demokrat Partiyası (HDP) qapadılması lazımdır. Bu halda Türkiyənin cənubşərqində yaşayan kürdlər rahat nəfəs alacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Vətən Partiyasının sədri Doğu Pərincək səsləndirib.

Partiya sədri hesab edir ki, nəinki silahlı cəbhəyə, eləcə bələdyyələrin məclisinə də belə adamlar daxil olmamalıdır: “Bu halda kürd vətəndaşlarımız rahatlaşacaq və azad olacaqlar. Əmin olun, HDP-nin bağlanmasına ən çox sevinən cənub-şərqdə yaşayan kürdlər olacaq. Orada “oh” səsini hamımız eşidəcəyik”.

HDP-nin qapadılmasını köklü həll kimi qiymətləndirən Doğu Pərincək xatırladıb ki, dövlət büdcəsindən hər il HDP-yə, dolayısı ilə PKK-ya 90 milyon lirə verilir.

Doğu Pənicək bildirib ki, PKK probleminin həlli üçün daha əhatəli qərarlar verilməlidir: “Qarşımızda Amerika, Fransa var. Hətta İsrail də var. Bu güclərə qarşı yalnız hərbi və polis gücündən istifadə etməklə nəticə əldə edə bilmərik”.


Müəllif: Cavad

Oxşar xəbərlər