6 İyun 2020 12:01
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, son sutka ərzində 547 nəfər infeksiyaya yoluxub, 7 nəfər COVID-19-dan ölüb.

Nəticədə Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə yüksəlib.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.


Müəllif: Teleqraf.com