Madaqaskarda tələbələrə 2 milyon dollarlıq şirniquş (lolipop) sifariş edən təhsil naziri vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, ölkədə tələbələrə koronavirusa yaxşı təsir etdiyi düşünülən sınanmamış bitki mənşəli dərman verilib.
Təhsil naziri Rijasoa Adriamanana da dərmanın damaqda buraxdığı acılığı aradan qaldırmaq üçün hər uşağa üç lolipop sifariş edib.
Prezident Andry Rajoelina isə sifarişi ləğv edib və naziri vəzifəsindən kənarlaşdırıb.
Bitki mənşəli dərman adı “Covid Organics” adlanır. Dərmanın koronavirusun müalicəsində istifadəsini ən çox dəstəkləyən isə Prezident Andry Rajoelina olub. Bəzi Afrika ölkələri də virusa qarşı mübarizədə uğurlu olduğuna inanaraq bu dərmanı idxal etməyə davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə dərmanın müalicəyə töhfə verməsi barədə hər hansı bir dəlilin olmadığı barədə xəbərdarlıq edib.
Madaqaskarın Milli Tibb Akademiyası isə ərxundan hazırlanan bu dərman vasitəsinin sağlamlığa zərərli olduğunu ehtimal edir.
Bu bitki tərkibli dərmana olunan tənqidlərə gəlincə, ölkə başçısı “Qərbin Afrikaya hörmətsiz münasibəti" ifadəsini işlədib: "Əgər bu dərmanı bir Avropa ölkəsi tapsaydı yenə də şübhə edərdilərmi?".