6 İyun 2020 23:26
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 669 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 878 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 169 218 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 922 nəfər olmaqla 135 322 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 35 846 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər