7 İyun 2020 01:36
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Portuqaliyanın beş şəhərində irqçiliyə qarşı etiraz aksiyaları keçirilib.

Teleqraf.com xəbər verir ki, insan ləyaqəti uğrunda mübarizəyə çağıran aksiyalar mayın 25-də ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra baş qaldırıb.

“Qara talelər əhəmiyyətlidir” şüarının səsləndiyi etiraz aksiyaları Lissabon, Portu, Braqa, Koimbre və Viseu şəhərlərində təşkil olunub.

Aksiyalar, həmçinin London, Varşava, Stokholm, Paris, Melburn və Tunisdə keçirilir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər