7 İyun 2020 14:59
4 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri uğrunda mübarizə aparması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri vəzifəsindən istefa verən Binəli Yıldırımla bağlı sensasion iddialar yayılıb.

Teleqraf.com xəbər verir ki, kuluarlarda onun yenidən parlament sədri kimi vəzifəyə qayıdacağı deyilir.

Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Marmaris şəhərinə gedərək yeni kabinet üzərində çalışacaq. TBMM sədri olan Mustafa Şentopun hökumətdə təmsil olunacağı, Yıldırımın isə əvvəlki vəzifəsinə qaytarılacağı iddia olunur.

Qeyd edək ki, ən gec iyulun 12-də parlament sədri seçiləcək.


Müəllif: Leyla

Oxşar xəbərlər