4 Oktyabr 2014 15:11
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası hökuməti yüksək səviyyədə danışıqların aparılması barədə razılığa gəlib.

Axar.az "Ria-Novosti"-yə istinadən xəbər verir ki, tərəflər yüksək səviyyəli görüşlərin qısa müddətdə yenidən keçirilməsinə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Cənubi Koreya və Şimali Koreya 1950-53-cü ildə sülhə razılıq vermişdilər. Ancaq 2010-cu ildə iki ölkə arasında münasibətlər yenidən kəskinləşmişdi. Sarı dənizdə Cənubi Koreyaya məxsus sərnişin gəmisinin batmasından sonra tərəflər bir-birlərini müharibə ilə təhdid edirdilər.

Həmçinin Şimali Koreyanın Prezidenti Kim Çen Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün xalqa müraciət edib.


Müəllif:

Oxşar xəbərlər