Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 692 nəfərə yüksəlib.
Onun sözlərinə görə, ölkədə 914 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 170 132 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 647 nəfər olmaqla 137 969 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 35 335 test aparılıb.