Suriyanın paytaxtı Dəməşqin qonşuluğunda yerləşən Şüveyda şəhərində Prezident Bəşər Əsədə qarşı nümayişlər başlayıb.
Teleqraf.com xəbər verir ki, ölkədəki iqtisadi böhrana etiraz edən vətəndaşlar “Suriya bizimdir, Əsəd ailəsinin yox”, “Şüveyda səni və partiyanı istəmir” kimi şüarlar səsləndiriblər.
Bir sıra bölgələrdə isə vətəndaşlar Əsəd rejiminə etiraz olaraq, türk lirəsi işlətməyə başlayıblar.
Bölgələri əhatə edən etirazlara cavab olaraq Əsəd ordusu əkin sahələrini top və ağır artilleriyalarla darmadağn edib. Sərakibin şərq bölgələrindən Hələbin Kəfər kəndinə qədər olan əkin sahələrinin yandırıldığı bildirilib. Kəndlilərin təsərrüfat texnikaları da sıradan çıxarılıb.
Etirazların kütləvi hal aldığı Şüveydada təhlükəsizlik tədbirlərini gücləndirən rejim Dəməşqin iri prospekt və küçələrini bağlayıb.
Etirazların paytaxta sıçrayacağından ehtiyat edilir.