8 İyun 2020 10:02
2 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı Haftar ordusunun sözçüsü Əhməd əl-Mismari Liviya Silahlı Qüvvələrinin Tərxunə şəhərini hərbi güc hesabına ələ keçirmədiyini bildirərək, müttəfiqlərinin onları məyus etdiyini, köməksiz qoyduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Mismari müttəfiq dövlətlərin (BƏƏ, Rusiya, Misir və s.) Liviyadakı hərbi qüvvələrini geri çəkməyə başladığını deyib.

Ölkədəki vəziyyətin qiyamçıların əleyhinə dəyişdiyini bildirən Mismari, yenidən hökumətlə dialoq masasına qayıda biləcəklərini vurğulayıb.

O, Liviya Silahlı Qüvvələrinin Türkiyədən aldığı silahlar hesabına durumu öz xeyrinə dəyişdiyini iddia edib.

Bir neçə gün əvvəl Liviyanın hökumət qüvvələri Vətiyyə hərbi hava bazasından sonra strateji əhəmiyyətli Tərxunə şəhərinə də nəzarəti bərpa edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər