Rusiyada yoluxma faizinin açıqlanan rəqəmlərdən 5 qat çox olduğunu düşünürəm. Real ölüm sayı 15-20 min civarındadır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sabiq müşaviri Andrey İllarianov deyib.
Sabiq müşavir Rusiya hökumətinin açıqladığı virusa yoluxma sayına inanmadığını, reallıqda bu rəqəmlərin daha yüksək olduğu qənaətini bölüşüb:
“Bu, müzakirəsiz bir reallıqdır. Ölüm faizlərinin səhv olduğu haqqında mən daxil olmaqla, çox şəxs qənaətlərini bölüşüb. Aprel ayında virus səbəbindən ölənlərin sayı rəsmi açıqlananlardan ən azı iki qat çoxdur. Rusiyanın digər bölgələrində vəziyyət daha vahiməlidir”.
“Peterburq şəhərində gerçək ölüm faizinin açıqlanan rəqəmlərin 12 qatı, muxtar respublikalarda isə 25 qatı şəklindədir. Ümumi baxıldıqda Rusiyada ölənlərin sayı açıqlanan rəqəmlərə görə 4-5 min deyil, 15-20 min civarındadır” - deyə Putinin sabiq müşaviri bildirib.
Qeyd edək ki, Rusiyada virusa yoluxanların sayı 476 min, vəfat edənlərin sayı isə 5859 nəfərdir.
Həmçinin Rusiyanın qonşu Dağıstan regionunda da virusla bağlı acı mənzərə yaranıb. Rəsmi rəqəmlərə görə, burada yoluxma sayı 6 min, ölüm sayı isə 303 nəfərdir.