8 İyun 2020 20:24
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın BP neft şirkəti koronavirus pandemiyasının iqtisadi fəsadları və bərpa olunan enerji mənbələri ilə işə mərhələli keçidilə əlaqədar olaraq bütün dünyada 10 min əməkdaşı ixtisar edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə şirkətin icraçı direktoru Bernard Luninin əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunur ki, ümumilikdə şirkətin əməkdaşlarının 15 faizi ixtisara düşəcək. Onların böyük əksəriyyəti bu il ərzində işdən azad ediləcək.

BP korporasiyasının dünyada 70 minə yaxın əməkdaşı var. İxtisar əsasən ofis işçilərinə şamil olunacaq, hasilat prosesində çalışanlar iş yerlərini itirməyəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər