8 İyun 2020 22:35
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Ovacık bölgəsində həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarında zərərsizləşdirilən altı terrorçudan biri axtarışda olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, məhv edilən terrorçulardan biri “Doktor Deniz” ləqəbli təhlükəli PKK terrorçusu Sadık Akmaz olub. Daxili İşlər Nazirliyi onun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 147 min ABŞ dolları) vəsait ayırmışdı. S.Akmaz terror aktları törətməkdə ittiham olunurdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər