Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 59 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 59 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda koronavirusdan 3 029 nəfər ölüm, son gündə 2 001 nəfər olmaqla 197 018 yoluxma halı və 104 347 sağalan qeydə alınıb.