9 İyun 2020 12:42
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqa virusun ciddiliyini göstərmək üçün bizimkilərə koronavirusa yoluxmaq istədiyimi bildirdim. Ancaq icazə vermədilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa COVİD-19-la bağlı xəbərdarlıq çıxışı zamanı deyib.

Ukrayna prezidenti əlavə edib ki, dar çərçivədə belə bir təklif edib: “Xəstələnim, dövlət başçısının ofisindən məni izolyasiya edin dedim. İnsanlar da bunun qorxulu virus olduğunu, xəstələnə biləcəklərini və özlərini pis hiss edəcəklərini göstərmək məqsədilə bunu öz üzərimdə göstərmək istədim”.

Prezident daha sonra bildirib ki, əməkdaşları bu təklifə isti baxmayıblar: “Ailəm də məni bağışlamaz və bunda haqlı olardı”.


Müəllif: Cavad

Oxşar xəbərlər