4 Oktyabr 2014 21:19
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko Rusiyaya səfər etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi açıqlama verib.

Timoşenko Rusiyada casusluqda ittiham olunan ukraynalı poilot Nadejda Savçenkonun məhkəmə prosesində iştirak etməyi planlaşdırır.

"Oktyabrın 13-də məhkəmə olacaq. Bizim komandamız və AŞPA-dakı nümayəndə heyətimiz məhkəmədə iştirak etməyə hazırlaşır. Rusiyaya xatırlatmaq istəyirik ki, bizin qadınları barmaqlıqlar arxasına atmaq o qədər də sadə iş deyil", deyə Timoşenko bəyan edib.

Bir müddət əvvəl Timoşenko açıqlama vermişdi ki, Savçenko ölkədə oktyabrın 26-da keçiriləcək Ali Radanın növbədənkənar seçkilərində "Batkivşina" partiyaasının seçki siyahısına rəhbərlik edəcək.

Qeyd edək ki, ukraynalı pilot Nadejda Savçenko bu ilin yay aylarında tutulub. O, Ukraynanın şərqində rusiya jurnalistlərin ölümündə təqsirli bilinir.


Müəllif:

Oxşar xəbərlər