9 İyun 2020 14:39
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko bu ilin avqustunda keçiriləcək prezident seçkiləri zamanı yaraqlı qrupların meydanda qırğın təşkil etmək istəyəcəyini istisna etməyib.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Birincisi, bir sıra təşəbbüs qruplarının nümayəndələri situasiyanı sarsıtmaq və ictimai-siyasi sabitliyi pozmaq üçün piket keçirmək hüququndan sui-istifadə edirlər. Bundan sonra onlar yaraqlılar qrupu və komandası formalaşdıracaqlar. Hansı ki, meydanda qırğın təşkil etmək istəyəcəklər”.

Belarus Prezidentinin fikrincə, demokratiya demokratiyadır, amma hərc-mərclik olmamalıdır: “Yeri gəlmişkən, siz ABŞ-da, Qərbi Avropada bizə demokratiya öyrədən superdemokratik dövlətlərin etirazçılarla necə rəftar etdiyini gördünüz”.

Qeyd edək ki, A.Lukaşenko daha əvvəl dövlətin suverenliyini və müstəqilliyini qorumaq üçün lazım olan hər şeyi etmək niyyətində olduğunu bildirmişdi.

O, həmçinin, avqustda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə “Maydan”a icazə verməyəcəyini söyləmişdi. Həmçinin, Belarus Daxili İşlər Nazirliyi seçki ərəfəsində ölkədə vəziyyətin gərginləşdiyini bəyan edib.

Belarus Mərkəzi Seçki Komissiyası isə hazırkı seçkiqabağı kampaniyasını ən ağır seçkiqabağı dövr adlandırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər