2 May 2014 14:19
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Şərqində yerləşən Slavyansk şəhərində separatçılar şəhər sakinlərindən mərkəzdə yığışmağı tələb edir.

Əli silahlı şəxslər dinc əhalinin arxasında gizlənərək, Putin üçün “Bizi xilas et!” videosunu çəkmək niyyətindədirlər.

Teleqraf.com-un yaydığı xəbərə görə, məlumatı jurnalist Saymon Şuster rəsmi Twitter səhifəsində yazıb. Jurnalistin sözlərinə görə, silahlanmış separatçılar şəhər sakinlərini silahla hədələyərək, mərkəzdə toplaşmağı tələb ediblər. Yığışan əhali isə “öz istəyi ilə” Putindan yardım istəməli, “Putin, bizi xilas et!” deməlidirlər.

Digər jurnalist Dmitriy Timçukun verdiyi məlumata görə, şəhərdə aktivləşən separatçılar “canlı qalxandan” böyük həvəslə istifadə edirlər.

Ülviyyə


Müəllif: