Rusiyada çimərlikdə dəhşətli hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, Tuapsinksi rayonunda naməlum şəxslər dənizdə dincələn ataa və oğula hücum ediblər.
Cinayətkarlar 46 yaşlı atanı və onun 22 yaşlı oğlunu daşlarla döyərək öldürüblər. Hadisə yerinə gələn polisin axtarış tədbirləri zamanı atanın meyiti qumsallıqda, oğulun meyiti isə dənizdən tapılıb. Sahildə qanlı daşlar tapılıb.
Ehtimal olunur ki, qətl hadisəsini törədənlər yerli sakinlərdir və onlar işkili olublar.
Faktla baağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb.