9 İyun 2020 16:57
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İsrail xüsusi xidmət orqanlarına 2020-ci ilin yanvar ayında öldürülən iranlı general Qasım Süleymaninin yeri barədə məlumat verən İran vətəndaşı edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin nümayəndəsi Qulam Hüseyn İsmayili açıqlama verib.

“CIA casuslarından biri olan və xarici xarici kəşfiyyatçı Mahmud Musəvi Məcd edam cəzasına məhkum edilib. Süleymaninin harada olduğu haqqında düşmənlərimizə məlumat verib”, - İsmayili bildirib.

İran məhkəmə nümayəndəsinin sözlərinə görə, məhkum Amerika və İsrailin xüsusi xidmət orqanlarına İran silahlı qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu haqqında məlumat ötürüb:

“İnqilab məhkəməsi tərəfindən edam hökmü çıxarıldı və İran Ali Məhkəməsi edam hökmünü qüvvədə saxladı. Tezliklə edam ediləcək”.

İslam İnqilabı Keşikçilər Korpusundakı “Qüds” xüsusi təyinatlılarının komandiri Qasım Süleymani yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanının ərazisinə hava zərbəsi nəticəsində ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər