10 İyun 2020 12:57
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın legitim hökuməti qiyamçı general Xəlifə Haftarın ordusunu bir sıra şəhər və yaşayış məntəqələrindən çıxarmasından sonra yerli qəbilələr də Milli Keçid Hökumətini dəstəkləmək qərarı verib.

Teleqraf.com xəbər verir ki, Liviyanın cənubundakı Ubaridə Tuareq qəbiləsi Liviyanın legitim hökumətini dəstəklədiyini bəyan edib.

Qeyd edilir ki, Liviyada qəbilələr ölkədə əhəmiyyətli rola malikdir və hazırda qəbilələrin qiyamçı generaldan üz döndərməsi əslində Rusiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənən Haftara növbəti göz dağıdır.

Xatırladaq ki, Tuareq qəbilələri 2019-cu ilin fevralında Haftara bağlı olduqlarını elan etmişdi. Ötən gün isə qəbilə ağsaqqalları legitim Fəyaz Sərrac hökumətini dəstəklədiklərini açıqlayıblar.

Əlavə edək ki, Liviya qəbilələr üzərində qurulan ölkədir və zamanında Müəmmər Qəddafini 940-dan çox qəbilə müdafiə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər