“Liviyada atəşkəs və böhranın həlli üçün general Xəlifə Haftarın proseslərdən uzaqlaşdırılması əsas şərtdir. Ankara heç vaxt Haftarla bir masa araxasında oturmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu türk analitik Taha Dağlı deyib.
Dağlı BƏƏ, Fransa, Misir və Rusiya tərəfindən dəstəklənən Haftarın Liviyadakı fəaliyyətinin Türkiyənin maraqlarına uyğun olmadığını bildirib:
“Həmin dövlətlərin məqsədi Haftar vasitəsilə Liviyadakı varlıqlarını qorumaq və özlərini göstərməkdir. Buna görə də, Haftar meydandan uzaqlaşsa da Liviyadan imtina etməyəcəklər, onun yerinə başqasının keçməsini istəyəcəklər. Haftarın yerinə isə Liviya Nümayəndələr Palatasının rəhbəri Aqil Saleh ola bilər. Hesab edirəm ki, Saleh Haftarın yerinə əyləşsə, Türkiyə onunla bir masa arxasında dialoqa başlaya bilər. Çünki Haftar tamam qeyri-leqal bir simadır, Aqil Seleh isə xalq tərəfindən seçilmiş şəxsdir”.
Taha Dağlı qeyd edib ki, Haftar tutduğu postdan getməyənə qədər Türkiyə Liviyadakı əməliyyatlarını davam etdirəcək.