1986-cı ildə kinoteatrdan çıxan zaman öldürülən İsveçin sabiq baş naziri Olof Palmenin qrafik dizayner Stiq Enqström tərəfindən öldürüldüyü açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Enqström vəfat etdiyindən bu cinayət işinə xitam verilib.
Qeyd edək ki, 1986-cıildə baş nazir Olof Palme sui-qəsd nəticəsində öldürülmüşdü. Bundan sonra açılan cinayət işi illərlə araşdırılıb.
Bu gün prokuror Krister Patteron bəyan edib ki, Palme "Skandia" Sığorta şirkətində işləyən Stiq Enqström tərəfindən öldürülüb. Enqström özü isə 2000-ci ildə intihar edib.