10 İyun 2020 18:37
11 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan hərbi dəniz donanmasına aid helikopter Aralıq dənizində Liviyaya doğru hərəkət edən Türkiyəyə məxsus yük gəmisini durdurmaq üçün sərt müdaxilə edib.

Teleqraf.com "TRT World"ə istinadla xəbər verir ki, Türkiyəyə məxsus helikopterlər havaya qalxaraq Yunanıstanın helikopterinə geri çəkilməsi barədə xəbərdarlıq edib. Bundan sonra yunanların uçağı öz düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen axtarışlarının qarşısını kəsməyə çalışan Yunanıstan son günlər qardaş ölkə ilə təhdid dilində danışmağa üstünlük verib.

Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Floros “yunan əsgərləri türklərin yolunu kəsəcək” açıqlamasını verib.

Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun “Türkiyə ilə müharibəyə hazırıq” açıqlaması vermiş, Türkiyə Müdafiə naziri Hulusi Akar isə bunu “ordumuz bütün vəzifələrin öhdəsindən gəlmək gücündədir” sözləri ilə cavablandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər