11 İyun 2020 10:16
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ali Məhkəməsi Qərbi Şeriada fələstinlilərə aid ərazilərdə 4 min yəhudinin yerləşdirilməsi ilə bağlı qanunu ləğv edib.

Teleqraf.com xəbər verir ki, 2017-ci ildən tətbiq edilməyə başlanan qanun dövlətin dəstəyi sayəsində yeni yerləşdirmə prosesinin həyata keçirilməsinə imkan verirdi.

Bununla paralel olaraq, İsraili xəbərdar etmək üçün Təl-Əvivə gələn Almaniya Xarici İşlər naziri Heiko Mass israilli həmkarı Qabi Aşkenazi ilə görşüb. Mass İsraildə bəyan edib ki, birləşdirmə planı beynəlxalq hüquqa ziddir.

Xatırladaq ki, fələstinilərin ata-baba yurdunda zor gücünə israilliləri yerləşdirmək Baş nazir Binyamin Netanyahunun əsas planı sayılır


Müəllif: Cavad

Oxşar xəbərlər