11 İyun 2020 10:58
2 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Liviyaya gedən yük gəmisi Avropa Birliyinin Liviyaya qarşı tətbiq etdiyi silah qadağasını pozduğu üçün “İrini” əməliyyatı çərçivəsində Krit adası yaxınlığında saxlanılmağa cəhd edilib.

Teleqraf.com xəbər verir ki, əməliyyatı həyata keçirən italyan komandan Yunanıstana aid gəmidən havaya helikopter qaldıraraq yük gəmisinin saxlanılmasını istəyib.

Yunanıstan helikopterinin türk gəmisinə yaxınlaşması ilə prosesə Türk Dəniz Qüvvələri müdaxilə edib. Hadisənin olduğu əraziyə çatan türk donanmasına aid 3 hərbi kater yük gəmisinə müdaxilə etməyə hazırlaşan qarşı tərəfə “Bu gəmi Türkiyə Respublikası dövətinin mühafizəsi altındadır” xəbərdarlığını edib.

Bundan sonra italyan komandan helikopteri geri çağırıb. Xəbərdarlığın ardınca helikopter geri qayıdıb, yük gəmisi isə türk donanmasına aid 3 hərbi gəminin müşahidəsi altında Liviyaya təhlükəsizlik şəkildə hərəkət edib.


Müəllif: Cavad

Oxşar xəbərlər