Bir neçə gündür ki, Suriyanın cənubunda yerləşən Əl-Süveyda şəhərində Bəşər Əsəd rejiminə qarşı etraz aksiyaları keçirilir.
Teleqraf.com xəbər verir ki, etirazlar ölkədəki ağır iqtisadi vəziyyət və kəskin bahalaşma səbəbindən təşkil edilib.
Şəhərin mərkəzinə doğru yürüş edən etirazçılar “Bəşər Əsədə ölüm olsun” kimi şüarlar səsləndirərək, onun hakimiyyətdən getməsini, habelə İran hərbçiləri və onlara bağlı muzdluların ölkədən qovulmasını tələb ediblər.
Qeyd etmək lazımdır ki, dürzi dini azlıq nümayəndələrinin əksəriyyəti təşkil etdiyi Əl-Süveyda şəhəri Bəşər Əsəd rejiminə bağlı əsas bölgələrdən biri hesab edilir. Şəhər vətəndaş müharibəsi başlayandan sonra ötən müddət ərzində Əsəd hərbçilərinin nəzarəti altında olub.
Olayın videogörüntüsünü təqdim edirik: