11 İyun 2020 16:08
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən əvvəllər Qagik Çarukyanla görüşmüşəm, indi də görüşürəm və gələcəkdə də görüşəcəyəm, bu görüşlər vaxtaşırıdır”.

Teleqraf.com xəbər verir ki, bunu “Ayrenik” (“Vətən”) partiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda partiyası həm fərdi, həm də siyasi qüvvələrlə fəal siyasi məsləhətləşmələrə başlayacaq:

“Əsas gündəm hazırkı hökumətin ləğvi və yeni bir milli hökumətin qurulmasıdır”.

Vanetsyan təklif verildikdən sonra siyasi razılaşmaların əldə ediləcəyini və ya müzakirələrin baş tutacağını bildirib:

“Bu məsələ siyasi şurada müzakirə olunmalıdır. Bu qərar qəbul edildikdən dərhal sonra ictimaiyyətə məlumat verəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər