ABŞ prezidenti Donald Tramp Belarus hökumətinin bəzi nümayəndələri tərəfindən ölkəsinin milli təhlükəsizliyinə olan təhdidlə bağlı bu ölkəyə sanksiyaların müddətini daha bir il uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin bildirişində qeyd olunur.
Qeyd edək ki, ABŞ hökuməti Belarusda qeyri-demokratik keçirilən seçkilərdən sonra 2006-cı ilin 16 iyun tarixindən etibarən bu ölkəyə qarşı sanksiya tətbiq edib.