12 İyun 2020 00:09
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 49 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koronavirusa Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirusla bağlı analizlərin müsbət nəticə verdiyi 49 pasiyent öldü”, - deyə qərargahdan bildirilib.

Məlumata görə, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 3 187 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər