Fransanın paytaxtı Parisdə iki ildən-bir keçirilən Paris Beynəlxalq Avtoşousu öz qapılarını jurnalistlərdən sonra avtomobil sevərlərin də üzünə açıb.
Avtoşouda 60-a yaxın seriya avtomobilinin, prototipinin və konsept-karın dünya premyerasının baş tutub. Infiniti, Yaguar, Lamborgini, Ferrari və Toyota kimi iri avtomobil şirkətlərinin yeni konsept-karlarının premyerası marağa səbəb olub.
Bu il sərgidə 17 ölkədən 250 fərqli avtomobil nümayiş etdirilir. Avtomobil istehsalçıları avtomobil həvəskarlarını dəbdəbəli və bahalı avtomobillərlə yanaşı, idman avtomobilləri və rahat hetçbək avtomobillərinin yeni modelləri ilə sevindiriblər. Burada 100% elektrik enerjisi ilə işləyən avtomobillərə də rast gəlmək mümkündür. Zəngin alıcılar burada 470 at gücünə malik olan elektrik avtomobili 370 min avroya ala bilərlər.
Oktyabrın 19-dək açıq olacaq avtoşouya minlərlə adamın gələcəyi gözlənilir./anspress/