Meksikada ölkəni sarsıdan hadisə baş verib.
Bir həftə bundan əvvəl etiraz aksiyasının iştirakçısı olan 43 tələbənin naməlum şəraitdə itkin düşdüyü yerdə kütləvi məzarlıq aşkar edilib. Rəsmilər kütləvi məzarlığın İquala ştatı yaxınlığında tapıldığını, lakin bunun həmin ərazidə itkin düşən tələbələrə aid olmasının hələ dəqiqləşmədiyini bildiriblər.
Sentyabrın 26-da müəllimlərin işə götürülməsi sistemindəki ədalətsizliyə qarşı aksiyaya gedən tələbələrdən 43-ü itkin düşmüşdü və həmin vaxtdan onların axtarışı aparılırdı. Aksiya zamanı polisin açdığı atəş nəticəsində 6 tələbə ölmüş, 17-si isə yaralanmışdı. Hadisə şahidləri itkin düşən tələbələri sonuncu dəfə görərkən onların güc tətbiq edilərək polis avtobuslarına salındığını bildirirlər./anspress/