13 İyun 2020 08:25
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulmasına görə xüsusi iş rejiminə keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisinin xəbərində deyilir.

"Ukrayna prezidenti Vladimir Zelenski arvadı Yelenada COVID-19-un aşkarlanması ilə əlaqədar xüsusi iş rejiminə keçir. Konstitusiyaya əsasən, prezident öz səlahiyyətlərini heç kəsə həvalə edə bilmir", - xəbərdə deyilir.

Ofisdə bildiriblər ki, Zelenskinin sağlamlıq vəziyyəti "ona xidməti vəzifələrini yerinə yetirməyə imkan verir". Qeyd edək ki, dövlət başçısının koronavirus testi mənfi nəticə verib.

Daha əvvəl bildirilib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub. Ukraynanın birinci xanımı hazırda ambulator müalicədədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər