13 İyun 2020 09:40
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Türkiyənin Liviyada güclənməsinə ABŞ uzaqdan baxır, Avropa ölkələri bir araya gələ bilmir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetində dərc olunan məqalədə bildirilib.

Qiyamçı Haftar ordusunun məğlubiyyətə yaxın olduğu qeyd edildiyi məqalədə, Liviyada baş verənlərin Avropanın təhlükəsizliyi üçün önəmli olduğu bildirilib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən hərəkətə gətirilən qüvvələr ölkənin qərb bölgələrinə nəzarəti ələ keçirib. Üstəgəl, Tripolidə məğlubiyyətə uğrayan general Haftar Binqaziyə geri çəkilib”.

Məqalədə qiyamçılara Misir və BƏƏ ilə yanaşı, Rusiyadan dəstəyin verildiyi vurğulanıb.

Məqalə müəllifi Liviya hökumətinin ən güclü və etibarlı müttəfiqinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu