Türkiyənin dəstəklidiyi qüvvələrdən ağır zərbələr alan qiyamçı Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftar sığınmağa ölkə axtarır.
Teleqraf.com xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.
Liviya Silahlı Qüvvələrinin Tripoli, Tərxunə, Bin Vəlid və Misitra kimi strateji əhəmiyyətli bölgələrə tam nəzarəti təmin etdikdən sonra generalın ölkədən qaçmağa hazırlaşdığı bildirilib.
Bir neçə gün əvvəl barəsində Misirə qaçdığı haqda xəbərləri yayılan Haftar məlumatın mediaya sızmasından sonra tələsik Qahirədən Binqaziyə qayıdaraq, Almaniyanın Liviyadakı səfiri Oliver Ovça ilə görüşüb. Bununla ölkədən qaçmadığı haqda mesajlar verdiyi iddia olunan məlumatda, Haftarın getməyə hazırlaşdığı, bu məqsədlə də bir neçə ölkəni nəzərdən keçirdiyi vurğulanıb.
Qiyamçı generalın Misir, BƏƏ və ya Səudiyyə Ərəbistanına üz tutacağı istisna deyil.