Ermənistanda son sutka ərzində 723 nəfərə koronavirus diaqnozu qoyulub. Bu da ölkənin pandemiya tarixində rekord rəqəmdir.
Publika.az xəbər verir ki, ölkədə infeksiyaya yoluxanların sayı 16 min 4-ə çatıb.
Son gündə 6 nəfər ölüb. Beləliklə, ümumi say 264 olub.
Bu günədək ölkədə 6 min 81 nəfər sağalıb. Hazırda Ermənistanda 9 min 659 aktiv koronavirus xəstəsi var.