13 İyun 2020 15:19
2 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Beyrutdakı səfirliyi erməni əsilli aparıcı Neşan Der Harutyanın canlı yayımda Türkiyəni təhqir etməsinə dair Livan Daxili İşlər Nazirliyinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Livanın rəsmi “NNA” agentliyi məlumat yayıb.

DİN-ə göndərilən yazılı bildirişdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə səsləndirilən təhqiramiz ifadələrin söz azadlığına uyğun gəlmədiyi və bunun qəbuledilməz olduğu bildirilib.

Müraciətdə Livanın aidiyyəti qurumlarından mediada Prezident Ərdoğana qarşı sayğının qorunması tələb olunub.

Bundan sonra Livanın daxili işlər naziri Xani Xumaytili İnformasiya Nazirliyinə müraciət edərək, baş verənlərin Türkiyə ilə münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

Nazir təhqirlərə yol verən erməni əsilli aparıcı ilə bağlı qanunlar çərçivəsində tədbirlər görülməsini istəyib.

Əlavə edək ki, erməni əsilli Der Harutyan ötən günlərdə televiziyada canlı yayım zamanı Türkiyə prezidentini təhqir edib. O, Ərdoğanı “alçaq osmanlı” adlandırıb.

Sosial şəbəkədə sərt reaksiyalardan sonra paytaxt Beyrutda etiraz aksiyaları keçirilib. Livanlı vəkil Ziyad Cəəfil bundan sonra erməni aparıcı haqda cinayət işinin açılması barədə aidiyyəti qurumlara müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər