13 İyun 2020 19:08
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun qumbaraatan batareyasında xidmət edən əsgər Samson Harutunyan xidmət yerindən qaçıb.

Teleqraf.com xəbər verir ki, batareyanın əsgəri müalicə üçün hərbi hospitala göndərilməsinə baxmayaraq, tibb məntəqəsinə gedərkən yolda qaçıb.

Fərarilik edən əsgərin tapılması və geri qaytarılması üçün hərbi polis tərəfindən tədbirlər görülür. Faktla bağlı qaldırılan cinayət işi üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər