13 İyun 2020 22:49
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 4 792 nəfərə yüksəlib.

Nazir qeyd edib ki, ölkədə 1 459 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 176 677 nəfərə çatıb.

Koronavirusdan sağalanların ümumi sayı son sutkada 985 nəfər olmaqla 150 087 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər