14 İyun 2020 01:13
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin paytaxtı Pekində koronavirus infeksiyasının aşkarlandığı bazarın bağlanmasından uzun zaman sonra aparılan testlərdə 46 nəfərin nəticələri müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, şəhərin Haydian bölgəsində fövqəladə vəziyyət rejimi elan olunub. Pekin bələdiyyəsinin səhiyyə komitəsinin verdiyi açıqlamaya görə, şəhərdəki ən böyük kənd təsərrüfatı məhsulları bazarı olan Şinfadidə 7 yoluxma faktından sonra bazarda olan 517 nəfər testdən keçirilib. Test nəticəsi pozitiv olan şəxslər nəzarət altına alınıb.

Əvvəlki günlərdə də bazarda virus aşkarlanan şəxslərlə əlaqədə olan 139 nəfər karantinə alınıb. Bazarın yaxınlığındakı idman sahələrində fəaliyyət dayandırılıb və ət məhsullarının yoxlanılmasına başlanıb. Bazar yaxınlığındakı 11 şəhərcikdə komendant saatı tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər