14 İyun 2020 21:17
2 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın birinci xanımı Melaniya Trampın bioqrafiyası ilə bağlı gələn həftə satışa çıxacaq kitabda dünyada ən çox müzakirə olunan evliliklə əlaqədar bir sıra ilginc faktlar yer alır.

Teleqraf.com xəbər vrir ki, xanım Melaniya həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampla evlilik sazişini oğulları Barronun gələcəkdə maddi durumunu yaxşılaşdırmaq üçün 2017-ci ildə yeniləyib.

Satışa çıxarılacaq “Razılaşma sənəti: Melaniya Trampın danışılmamış hekayəsi” kitabına görə, Melaniyanın Ağ Evə gec köçməsinin səbəbi budur.

Birinci xanımın sözügedən müqavilədə Barronun miras haqlarını qarantiyaya alan dəyişikliklər etdiyi bildirilir. O dönəmdə isə Melaniya Trampın oğlu Barronun Nyu-Yorkda təhsil almasına görə Ağ Evə - həyat yoldaşının yanına gec köçdüyü açıqlanmışdı. Kitabda isə bu qərarın gec verilməsinə başqa bir səbəb də göstərilir: Donald Tramp haqda ortaya çıxan cinsi təcavüz iddiaları...

“Vaşinqton Post”un müxbirlərindən biri Mari Cordan tərəfindən qələmə alınan kitaba görə, bu müddət ərzində yenilənən evlilik müqaviləsi Barronunun ailə şirkəti xaricində saxlanılmaması qarantiyaya alınır.

Cordan qeyd edir ki, birinci xanım həyat yoldaşından oğlu Barronun Trampın yetkinlik yaşda olan digər üç övladıyla bərabər hüquqlara malik olmasına dair yazılı sənəd istəyib.

Donald Tramp və Melaniya Tramp arasındakı münasibətlər həmişə müzakirə mövzusu olub. Donald Tramp ABŞ prezidenti seçiləndən bəri kameralar önündə xanımı ilə verdiyi pozalar müzakirə yaradır. Cütlüyün kameralar qarşısındakı pozalarında Melaniyanın gülümsəməməsi və həyat yoldaşının əlindən tutmaqdan imtina etməsi diqqətdən yayınmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər