Çində ötən sutka ərzində 49 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, yeni yoluxma hallarından 10-u xaricdən gələn vətəndaşlarda, 36-sı isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (36) və Hebey əyalətində (3).
Bildirilir ki, ötən sutka ərzində 18 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 181 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.