Rusiyanın Arktik Elmlər Akademiyasının prezidenti Valeri Mitko vətənə xəyanətdə ittiham olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə hələ fevral ayında alimə qarşı ev dustaqlığı qərarı çıxarmışdı.
Alim Çinə səfəri zamanı dövlət sirri olan materialları bu ölkənin xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur. Valeri Mitko günahsız olduğunu bildirir.
İstintaqsa hesab edir ki, Arktik Elmlər Akademiyasının prezidenti Çinə hidroakustika və yeraltı qayıqların aşkar edilməsi sahəsində gizli məlumatları ötürüb.