15 İyun 2020 19:20
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da uzun müddət koronovirusdan müalicə olunan yaşlı kişidən 1 milyon 122 min 501 dollar ödəniş tələb olunub.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Sietl şəhərində qeydə alınıb.

Koronavirusdan uzun müddət sonra sağalan 70 yaşlı Maykl Flor xəstəxananın verdiyi ödəniş çekini görəndə şoka düşüb. İsveç Tibb Mərkəzində müalicə alan Floraya göndərilmiş 181 səhifəlik fakturanın 1 milyon 122 min 501 dollar 4 sent olduğu bildirilib.

Flora yazılan ödənişin böyük bir hissəsini tibbi sığorta şirkəti ödəyəcəyini deyilib.

Qeyd edək ki, ABŞ hökuməti xəstəxanalara və sığorta şirkətlərinə 100 milyard dollar vəsait ayırdığını açıqlamışdı. Ancaq səlahiyyətlilər koronavirusu olan xəstələrin müalicəsi üçün xərcin 500 milyard dollara çatacağını gözlədiklərin və bu miqdarın kifayət etməyəcəyi barədə xəbərdarlıq etmişd1 ilər.

Ən son məlumatlara görə, bu günə qədər ABŞ-da 2 milyon 142 min 515 yoluxma faktı qeydə alınıb, ümumilikdə 117 min 533 nəfər vəfat edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər