15 İyun 2020 16:56
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp İraq-ABŞ strateji danışıqlarını başlatmaqla Əfqanıstandakı “nailiyyətini” təkrarlamaq istəyir. Əslində Əfqanıstan və İraq ABŞ prezidentini heç maraqlandırmır. Onu maraqlandıran noyabrdakı seçkilərdi. Prezident Donald Tramp Talibanla əldə edilən sülh sazişi, eləcə də iraqlılarla bağlamaq istədiyi strateji anlaşma ilə seçkilərə yollanmağı planlaşdırır. Amma bunu müxtəlif təmayüllərin olduğu İraqda bacaracaqmı?

Teleqraf.com xəbər verir ki, bu sözləri şərqşünas Samid Bağırov deyib.

Onun fikrincə, İraq-ABŞ strateji danışıqlarında tərəfləri təmsil edən nümayəndə heyətlərinin üzvlərinin kimliyi tam dəqiq bəlli deyil: “Digər tərəfdən, danışqıların gündəmində əcnəbi qüvvələrin ölkədən çıxması, İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan Haşd-Şabinin status və vəziyyəti, İraq-İran ticari əlaqələri və ABŞ-ın bu zəmində rəsmi Bağdada güzəştə gedib-getməməsi, ölkədə İŞİD-ə qarşı mübarizənin gələcəyi və sair mühüm məsələlər müzakirə ediləcək.

Bu danışıqlar İraqda yeni formalaşdırılan Mustafa əl-Kazimi hökuməti üçün də çətin sınaq olacaq. Bu danışqıların aparılması üçün ABŞ tərəfindən xüsusi maraq var.

Donald Tramp administrasiyası Əfqanıstanda Talibanla sülh anlaşması əldə edərək, müsbət imicin formalaşdırılmağa çalışdığı kimi, eyni addımı İraqda da atmaq və qarşıda gələn cari ilin noyabrdakı prezident seçkilərinə qədər yeni “nailiyyət” əldə etməyə çalışır.

İndi gəldi bu baş tutdu, seçkilərdən sonra həmin anlaşma olacaq önəmsiz kağız parçası. İndi maraqlısı iraqlıların nə qədər tab gətirə biləcəkləri məsələsidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər